Millimizin iki futbolçusu UEFA-nın TOP-5-liyində

UEFA Millətlər Liqasında ilk 2 turdan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adını açıqlayıb. İspaniya millisinin kapitanı Serxio Ramosun (204 dəqiq ötürmə) başçılıq etdiyi siyahıda yığmamızın 2 üzvü də yer alıb.

Bunlar Riçard Almeyda və Qara Qarayevdi.

 

Braziliyalı milliləşdirilmiş yarımmüdafiəçi Kosovo (0:0) və Malta ilə oyunlarda (1:1) ümumilikdə 150 dəqiqə ötürmə verib ki, bu da onun 2-ci pillədə qərarlaşmasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə Top-5-liyin 4-ci sırasında yer alıb.

 

TOP-5-lik isə belədi:

 

Serxio Ramos (İspaniya) – 204

 

Riçard Almeyda (Azərbaycan) – 150

 

Okay Yokuşlu (Türkiyə) – 148

 

Qara Qarayev (Azərbaycan) – 145

 

Çağlar Söyüncü (Türkiyə) - 145