Türkiyə mətbuatı “Qarabağ”a şans vermədi

Türkiyə mətbuatı UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq komandaların növbəti mərhələyə yüksəlmək şanslarını əmsallarla açıqlayıb. “Qarabağ”ın yer aldığı E qrupunda favorit “Arsenal”a 1,15 əmsal verilib. “Sportinq”in qrupdan çıxmaq şansı 4 əmsal olaraq göstərilib. Ağdam təmsilçisinə isə 17 əmsal verilib. Qrupun autsayderi isə “Vorskla” göstərilib - 40 əmsal.

 

Türkiyə təmsilçisi “Fənərbaxça”nın mübarizə aparacağı D qrupunda favorit 2,20 əmsalla “bülbüllər” sayılır. “Fənər”in ən yaxın izləyicisi isə “Anderlext” müəyyən olunub - 2,40 əmsal. D qrupunun digər komandası “Dinamo”nun şansı (Zaqreb) 3,75, “Spartak”da (Trnava) 14 əmsalla dəyərləndirilib.

 

“Beşiktaş” isə H qrupunda aşkar favoritdir. “Genk”, “Malmö”, “Sarpsborq”un yer aldığı qrupda “qara qartallar”a 2 əmsal verilib.

 

Avropa Liqasının qrup mərhələsinin ilk oyunları sentyabrın 20-də keçiriləcək. İlk matçda "Qarabağ" səfərdə "Sportinq"in qonağı olacaq.