İK-nın iclası keçiriləcək: Gündəlik açıqlandı

Sentyabrın 14-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, iclas saat 12:30-da başlayacaq.

 

Gündəliyə aşağıdakı məsələlər daxil olunub:

 

1. AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi

2. Lisenziyalaşdırma prosesi ilə bağlı müzakirə

3. Digər məsələlər

 

Saat 15:00-da AFFA-nın inzibati binasında mətbuat nümayəndələri üçün İcraiyyə Komitəsinin iclası ilə bağlı brifinq təşkil olunacaq.