Stuxlik mediadan zaman istədi: "Yeni elit hakimlərinizlə bağlı planlarımız var"
"Təəssüf ki, sizinlə Azərbaycan dilində danışa bilməyəcəm və ingiliscə fikirlərimi bidlirəcəm. UEFA məni AFFA-ya məsləhət gördü. Yeni elit hakimlərinizlə bağlı planlarımız var və gənc referilərin cəlb olunması ilə bağlı işlər görəcəyik. Keçmişdə Azərbaycanın Tofiq Bəhramov və Eldar Əzimzadə kimi hakimləri olub. Bu istiqamətdə işi davam etdirəcəyik. Bu gün hakimlərlə görüşəcək, axşam isə "Qarabağ" - "Sumqayıt" matçını izləməyə gedəcəyəm".Bu fikirləri AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri təyin olunan Fritz Stuklik keçirdiyi brifinqdə deyib.
AFFA-yla uzunmüddətli - 3 illik müqavilə bağlayan 52 yaşlı avstriyalı sabiq FİFA referisi ötən il Rumıniyanın paytaxtı Buxarestdə Əliyar Ağayevin hakim-inspektoru olduğunu xatırladıb: "Yaxşı iş gördü. Bəlkə də buna görə yeni kateqoriyaya yüksəldi. Ölkənizdə keçirilmiş oyunlardan bəzilərinə baxmışam. Yeni vəzifəmdə işimi öyrənəcəm və yeni struktur, konsepsiya yaradacağıq"
Stuxlik jurnalistlərin suallarını cavablandırıb.
- Hakimlərin qiymətləri ictimaiyyətə açıqlanacaq?
- Konvensiyada yazılıb ki, qiymətlər yalnız hakimlərə bildiriləcək. Hazırda 3 kateqoriya var. Əliyar Ağayev yaxşı mövqedədi. Ağayevin elit kateqoriyaya yüksəlmə şansı var. Bu, idarə edəcəyi oyunlardan asılı olacaq. Premyer Liqanızda bir neçə matçı izləmişəm.
- Öhdəsindən gəlməli olduğunuz ilk problem nədi?
- Əsas məsələ Hakimlər və Hakim-İnspektorlar Komitəsinin ayrı olması idi. Bu, UEFA-da çaşqınlıq yaratmışdı.
- Hakim-inspektorlardan yenidən imtahan götürüləcək?
- Xahiş edirəm mənə zaman verin. Söz verirəm ki, bir neçə həftədən sonra sizinlə görüşümdə daha geniş məlumatlar verəcəyəm.