Bordin sükan arxasına keçdi, Dabo əlinə mikrofon götürdü - FOTO

"Neftçi" "Facebook"dakı rəsmi səhifəsində maraqlı foto paylaşıb.  "Ağ-qaralar" azarkeşlərini 16 sentyabr, saat 19:00-da “Bakcell Arena”dakı “Fanzona”da gözləyəcəyi ilə bağlı paylaşımındakı "Red Bull" avtomobilinin fotosunda italiyalı baş məşqçisi Roberto Bordin, futbolçularından bosniyalı Slaven Braliç, fransalı Baqali Dabo, yerli futbolçularından Rəşad Eyyubov və Mirabdulla Abbasov yer alıb. 

 

Bordinin sükan arxasında olması, Dabonun isə əlinə mikrofon götürməsi diqqət çəkir.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 16-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Keşlə” matçından öncə azarkeşlər üçün xüsusi fanzona yaradılacaq. "Red Bull”un dəstəyi ilə təşkil olunacaq fanzonada onları müxtəlif əyləncələr gözləyir. Azarkeşlərin fanzonanın bütün təkliflərindən yararlanmaq üçün 21:00-da start götürəcək oyuna iki saat qalmış stadionda olmaları xahiş olunur.