Kamran Quliyev: “Bu qərar hakimliklə bağlı məsələlərdə şəffaflığın təmin olunmasında böyük rol oynayacaq”
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturunun dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev Sport24.az-a açıqlamasında qərara münasibət bildirib: “Hamımıza məlumdur ki, UEFA-nın hakimlər konvensiyası var. AFFA da həmin konvensiyaya qoşulub. Konvensiyanın tələblərindən biri odur ki, Hakimlər və Hakim-İnspektorlar Komitəsi vahid komitə kimi fəaliyyət göstərsin. Şəffaflıq üçün bu çox vacibdir. Düşünürəm ki, AFFA-nın İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərar hakimliklə bağlı məsələlərdə şəffaflığın təmin olunmasında böyük rol oynayacaq. Üstəlik, azərbaycanlı hakimlərin beynəlxalq arenada da daha yüksək səviyyəli oyunlara təyin olunmasında yeni komitə rəhbərliyinin səyləri öz bəhrəsini verəcək. Yeni strukturun rəhbərinin bu sahədəki təcrübəsi imkan verəcək ki, azərbaycanlı hakimlər daha yaxşı hazırlıq keçsinlər və hakim olaraq daha yüksək kateqoriyalarda qərarlaşsınlar”.
Qeyd edək ki. yeni yaradılan quruma avstriyalı sabiq FİFa referisi Fritz Suklix sədr təyin olunub.