"Səbail" - "Zirə" matçının nəticəsi ləğv olunacaq
“Zirə”yə texniki məğlubiyyət veriləcək. Olimpsport.az xəbər verir ki, Topaz Premyer Liqasının IV tur qarşılaşmasında “Səbail”lə səfərdə görüşən “Zirə”nin təqdim etdiyi protokolda 1998 və daha gənc bir futbolçunun adı göstərilməyib.
Bu isə Əsasnaməyə ziddi. İndi qalır AFFA-nın İntizam Komitəsinin rəsmi qərarını gözləmək. Lakin bütün hallarda, nəticə ləğv olunacaq və “Zirə”yə texniki məğlubiyyət veriləcək.
Maraqlısı odur ki, "qartallar"ın limitə uyğun gələn futbolçusu - 2000-ci il təvəllüdlü Hüseyn Əhmədov adı matçın protokoluna daxil edilməsə də, ilk 45 dəqiqədə ehtiyat oyunçular skamyasında oturub. Bunu qarşılaşmanın hakim-inspektoru Fazil Mürşüdovun necə görməməsi qaranlıq qalır.