Çingiz Abdullayev: "Hakimlərin tənqid etmək düz yol deyil"

“Oyun yaxşı keçdi. Düzdür, qələbə qazanmaqdır. Amma inanırıq ki, səfərdə “Qəbələ”ni məğlub edə bilərik”.

Olimpsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ”ylə görüşdə komandasının çıxışından razı qaldığını bildirən Ç. Abdullayev hakimlərin müdafiəsinə qalxıb: “Hakimlərin idarəçiliyi barədə heç nə deyə bilmərəm. Mən heç vaxt hakimləri müzakirə etmirəm. Hər halda hakim epizodları bizdən yaxşı görür. Hakimlərin tənqid etmək düz yol deyil. Düz yol yaxşı oynamaq və qələbə qazanmaqdır”.