Ronaldonun “Yuve”də “ayağı açıldı”

İtaliya çempionu “Yuventus”un bu yay heyətinə qatdığı Kristiano Ronaldo nəhayət ki, Turin təmsilçisinin heyətində qol hesabını açıb.  Portuqaliya yığmasının ulduz futbolçusu  A Seriyasının 4-cü turu çərçivəsində “Sassuolo”ya qarşı keçirdikləri ev oyununda (2:1) yeni klubunda ilk qolunu vurub.

 

Əvvəlki üç turda rəqib qapılarına yol tapa bilməyən Ronaldo bu dəfə dubla imza atmağa nail olub. O, öncə 50-ci dəqiqədə matçda hesabı açıb. 65-ci dəqiqədə isə Kristiano dublunu rəsmiləşdirib.

 

Ronaldonun qol susqunluğu 320 dəqiqə davam edib. 33 yaşlı portuqaliyalı ulduz 517-ci çempionat matçında 400-cü qolunu vurub. O, bu qollardan 3-nü “Sportinq”də, 84-ünü “Mançester Yunayted”də, 311-ni “Real”da, 2-ni “Yuventus”da vurub.