Rafael Ağayevdən gümüş medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.  5 qat dünya çempionumuz bu dəfə Almaniyanın paytaxtı Berlində fərqlənib. Karate1 Premyer Liqasında çıxış edən Ağayev 75 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

O, yarışın ilk günündə Rodriqo İbanez (İspaniya), Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçi (Almaniya) məğlub edərək finala vəsiqə qazanıb.

 

Bu gün baş tutan həlledici döyüşdə Rafaelin rəqibi yapon idmançısı Yusey Sakiyama olub. Finalda məğlub olan təmsilçimiz turniri gümüş medalla başa vurub.