Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb. O, sentyabrın 20-də Romadakı Olimpiya Stadionunda keçiriləcək “Latsio” – “Apollon” oyununu idarə edəcək.


“Latsio” (Roma, İtaliya) – “Apollon” (Limassol, Kipr)

20 sentyabr. Roma Olimpiya Stadionu

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

Dördüncü hakim: Mübariz Haşımov.