ÇL: “Qalatasaray”dan darmadağın, “Liverpul”dan qələbə

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib. Ilk oyun günündə 8 qarşılaşma baş tutub.

 

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda “Lokomotiv”i (Moskva) qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

 

Çempionlar Liqasının son finalçısı "Liverpul" PSJ ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda İngiltərə təmsilçisi çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.

 

“İnter” - “Tottenhem” görüşü də günün maraqla gözlənilən oyunlarından biri idi. Milan təmsilçisi son dəqiqələrdə vurulan qollar sayəsində əzmkar qələbə qazanıb. "Barselona" doğma meydanda PSV-yə 4 cavabsız qolla qalib gəlib.

 

UEFA Çempionlar Liqası
18 sentyabr

 

A qrupu

 

Monako (Fransa) - Atletiko (Madrid, İspaniya) 1:2
Qol: Qrandsir, 18 - D.Kosta, 32. Ximenes, 45.

 

Brügge (Belçika) - Borussiya (Dortmund, Almaniya) 0:1
Qol: Pulisiç. 85.

 

B qrupu

 

İnter (İtaliya) - Tottenhem (İngiltərə) 2:1
Qol: İkardi, 86. Vesino, 90 - Eriksen, 53.

 

Barselona (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) 4:0
Qol: Messi, 32; 77; 87. Dembele, 75.

 

C qrupu

 

Srvena Zvezda (Serbiya) - Napoli (İtaliya) 0:0

 

Liverpul (İngiltərə) - PSJ (Fransa) 3:2
Qol: Starric, 30. Milner, 36-pen. Firmino, 90 - Munye, 40. Mbappe, 83.

 

D qrupu

 

Şalke (Almaniya) - Portu (Portuqaliya) 1:1
Qol: Embolo, 64 - Otavio, 75-pen.

 

Qalatasaray (Türkiyə) - Lokomotiv (Moskva, Rusiya) 3:0
Qol: Q.Rodriqes, 9. E.Derdiyok, 67. S.İnan, 90-pen.