"Qarabağ" Lissabona çatdı - FOTOLAR

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk səfər matçını keçirəcəyi Portuqaliyaya gəlib. Təmsilçimiz Bakıdan çarter reysilə 7 saat yol qət edərək bu ölkənin paytaxtına çatıb. 

 

Ağdam klubunu gətirən təyyarə Bakı vaxtilə saat 01:55-də Lissabon beynəlxalq hava limanına enib. Qurban Qurbanovun komandası qalacağı "Marriott" otelinə yollanıb. Lissabona ezam olunmuş azərbaycanlı jurnalistlər "Hotel 3K Europa"da məskən salıb. 

 

Qeyd edək ki, bu gün Qurbanov Lissabonda Bakı vaxtilə saat 21:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. Sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.