ÇL: “Real” qələbəylə, MS məğlubiyyətlə başladı

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.  8 qarşılaşma baş tutub.

 

ÇL-in son qalibi “Real” doğma meydanda “Roma” ilə qarşılaşıb və böyük hesabla qalib gəlib.

 

“Mançester Siti” Lion “Olimpik”ini qəbul edib. Bu görüşdə qonaqlar gözlənilməz qələbəyə seviniblər.

 

Almaniya nəhəngi “Bavariya” səfərdə “Benfika” ilə münasibətlərinə aydınlıq gətirib. Münhen klubu səfərdən inamlı qələbə ilə qayıtmağı bacarıb.

 

H qrupunda “Yuventus” səfərdə “Valensiya”nın qonağı olubsa, “Mançester Yunayted” “Yanq Boyz”la üz-üzə gəlib. Hər iki oyunda qonaqlar inamlı qələbəyə seviniblər.

 

UEFA Çempionlar Liqası
19 sentyabr

 

E qrupu

 

Ayaks (Hollandiya) - AEK (Kipr) 3:0
Qol: Talyafiko, 46; 90. Van de Bek, 77.

 

Benfika (Portuqaliya) - Bavariya (Almaniya) 0:2
Qol: Levandovski, 10. R.Sançes, 54.

 

F qrupu

 

Şaxtyor (Donetsk, Ukrayna) - Hoffenhaym (Almaniya) 2:2
Qol: İsmaili, 27. Maykon, 81 - Florian, 6. Nordtveyt, 38.

 

Mançester Siti (İngiltərə) - Olimpik (Lion, Fransa) 1:2
Qol: B.Silva, 67 - Korne, 26. Fekir, 43.

 

G qrupu

 

Real (İspaniya) - Roma (İtaliya) 3:0
Qol: İsko, 45. Beyl, 58. M.Dias, 90.
Qırmızı vərəqə: K.Ronaldo, 29 (Yuventus).

 

Viktoriya (Çexiya) - ÇSKA (Rusiya) 2:2
Qol: Krmençik, 29; 41 - Çalov, 49. Vlasiç, 90-pen.

 

H qrupu

 

Valensiya (İspaniya) - Yuventus (İtaliya) 0:2
Qol: Pyaniç, 45-pen; 51-pen.

 

Yanq Boyz (İsveçrə) - Mançester Yunayted (İngiltərə) 0:3
Qol: Poqba, 35; 44-pen. Marsyal, 66.