"Neftçi" klubu tərəfdaşlıq müqaviləsi imzalayıb

“Neftçi” klubu “Mineral Sular” MMC ilə 1 illik müqavilə imzalayıb.

Sözləşməyə əsasən, “Mineral Sular” MMC bu müddət ərzində "Neftçi” klubunun bütün su təminatını öz üzərinə götürüb.

Razılaşmanın şərtlərinə görə, “Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin “Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.

Qeyd edək ki, “Neftçi” klubunun əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətləridir. Yeni sponsorlar axtarışını davam etdirən klub yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq.