Əliyar Ağayev “Latsio” - “Apollon” matçında penalti təyin etdi
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasında növbəti oyununu idarə edib. O, Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində İtaliyada yerli “Latsio” ilə Kiprin “Apollon” klubu arasındakı matçda söz sahibi olub.
Romadakı “Olimpiko” stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsiylə başa çatıb - 2:1. Əliyar bu görüşdə meydan sahiblərinin 3, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib. O, həmçinin 84-cü dəqiqədə qonaqların qapısına penalti təyin edib ki, italyanlar bu şansdan maksimum yararlanıblar.
Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov, həmçinin dördüncü hakim Mübariz Haşımov yardımçı olub.