"Qarabağ" rəsmiləri Lissabonda həndbol matçında - FOTO

Portuqaliyanın "Sportinq" klubunun yeni prezidenti Frederiko Varandaş Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə "Qarabağ" rəsmilərini həndbol matçına dəvət edib. Bu, iki komanda arasındakı futbol matçı günü baş verib.

 

"Qarabağ" rəsmiləri - klubun İdarə Heyətinin üzvü Fevzihan Araz və menecer Asif Əsgərov "Sportinq"in həndbol komandasının "Fafe" ilə ölkə çempionatındakı oyununu izləyiblər.

 

Qarşılaşma Lissabon təmsilçisinin 35:20 hesablı qələbəsi ilə yekunlaşıb.