Futbol üzrə braziliyalı ikiqat dünya çempionu Bakıya gələcək

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək. 

Bu barədə  Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.

Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub. 

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.