Millimizin futbolçusu qarpız qonaqlığı verdi - FOTOLAR

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov”un yeni transferləri yerli azarkeşlərlə görüşüb.  Samara klubunun rəsmi saytı açıq havada keçirilən görüşdə bir müddət öncə komandasına qoşulan 22 yaşlı hücumçumuz iştirak edib.

 

Kollektiv fotodan sonra futbolçular fanatlarla söhbətləşiblər. Bundan başqa, oyunçular fərqli sahədəki bacarıqlarını nümayiş etdirmələri də diqqət mərkəzində olub. Şeydayev bir qrup fanata qarpız qonaqlığı verib, azarkeşlərə avtoqraflı top hədiyyə edib.