Yalnız Azərbaycan futbolunda: Premyer Liqa klubunun futbolçuları avtobus itələdi - FOTO

Topaz Premyer Liqasının V turunda "Zirə" "Neftçi" ilə qarşılaşıb. 

"Dalğa Arena"da keçirilən matçdan sonra kuryoz hadisə baş verib. "Zirə"nin avtobusu işə düşməyib. Belədə, komandanın üzvləri və texniki heyəti nəqliyyat vasitəsini itələməli olub. Yalnız bundan sonra avtobusu işə salmaq mümkün olub. 

Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.