Tərlan Quliyev 100-ə çatdı
Azərbaycan Premyer Liqasının ilk turu "İnter”in yeni futbolçusu Tərlan Quliyev üçün ikiqat əlamətdar olub.
Olimpsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi paytaxt klubunda ilk çempionat oyununu keçirib. Bu, "Qarabağ”la görüşə təsadüf edib. Qarşılaşma həm də müdafiəçinin ölkə çempionatlarında 100-cü matçı olub. 2009/10 mövsümündə "Neftçi”də oynadığı vaxt debüt edən Quliyev 100 oyunda 1 qol vurub.
"İnter” Tərlan Quliyevin Premyer Liqada 5-ci klubudur. O, "Neftçi”də 48, "Kəpəz”də 35, "Sumqayıt”da 10, "Qarabağ”da 6 oyuna çıxıb. Futbolçunun yeganə qolu da Gəncə klubunda qeydə alınıb.
2009/10 |
Neftçi (Bakı) |
1 |
0 |
2010/11 |
Neftçi (Bakı) |
5 |
0 |
2011/12 |
Sumqayıt |
10 |
0 |
2011/12 |
Neftçi (Bakı) |
5 |
0 |
2012/13 |
Neftçi (Bakı) |
22 |
0 |
2013/14 |
Neftçi (Bakı) |
15 |
0 |
2014/15 |
Qarabağ (Ağdam) |
6 |
0 |
2015/16 |
Kəpəz (Gəncə) |
35 |
1 |
2016/17 |
İnter (Bakı) |
1 |
0 |
Cəmi |
|
100 |
1 |