Elmar Qasımov da dünya çempionatı ilə vidalaşdı
Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.
100 kq çəki dərəcəsində rəqib gürcüstanlı Varlam Liparteliani olub. Əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda isə Liparteliani ipponla qələbə qazanıb. Bununla da Qasımov dünya çempionatı ilə vidalaşıb.