Monqolustan Prezidenti Bakıda cüdo üzrə dünya çempionatını izləyib

Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb.

Çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində çıxış edən monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren yarımfinal mərhələsində gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Monqolustan idmançısı məğlub olub. 

Qeyd edək ki, dünya çempionatında 250 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.