Frits azərbaycanlı hakimlərdən “imtahan” götürdü
Bakı Olimpiya Stadionunda FİFA referiləri, FİFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb. UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər və Hakim-İnslektorlar Komitəsinin sədri Frits Stuxlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassaras rəhbərlik edib.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.