at Olimpiadasında qrossmeysterlərimiz erməniləri də əzdi
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.
Yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.
Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.
V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.
Ermənistan - Azərbaycan - 1,5:2,5
Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1
Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1
Qrant Melkumyan - Arkadi Naydiç - 1:0
Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.