Şahmat Olimpiadasında Azərbaycan rüzgarı: hər iki yığmamız qalib gəldi

Batumidə 43-cü Şahmat Olimpiadasında 6-cı turun qarşılaşmaları keçirilib. Aktivində maksimum – 10 xal olan kişilərdən ibarət yığmamız Çexiya ilə, 8 xala sahib qadınlardan ibarət millimiz isə Latviya ilə üz-üzə gəlir.

 

 

Qadınların yarışmasında da zərif cins nümayəndələrimiz bizləri sevindirib. Latviyanı da məglub edən qızlarımız xal ehtiyatını 10-a yüksəltdilər.

 

Kişilərin yarışmasında 6 turdan sonra Azərbaycan və Polşa hərəyə 12 xalla liderliyi bölüşürlər. Aktivində 11 xal olan ABŞ 3-cü pillədə qərarlaşıb.

 

Azərbaycan – Çexiya 3:1

 

Şəhriyar Məmmədyarov – David Navara 1:0
Viktor Lazniçka – Teymur Rəcəbov 1/2 : 1/2
Arkadi Naydiç – Zbinek Hraçek 1:0
İrji Stoçek – Rauf Məmmədov 1/2 : 1/2

 

Azərbaycan – Latviya 2,5:1,5

 

Günay Məmmədzadə - Laura Roxul 1/2 : 1/2
İlze Berzina – Xanım Balacayeva 1/2 : 1/2
Gülnar Məmmədova – Linda Krumina 1/2 :1/2
Elizabet Limanovska – Ülviyyə Fətəliyeva 0:1