Farer adaları millimizlə oyun üçün heyətini açıqladı
UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Farer adaları millisinin heyəti açıqlanıb. Baş məşqçi Lars Olsen Azərbaycan və Kosovo ilə oyunlar üçün milliyə 23 futbolçu dəvət edib:
Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson (Torshavn), Kristian Yönsen (Klaksvik);
Müdafiəçilər: Atli Qreqersen (Vikinqur), Odmar Feryo (B-36 Torshavn), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan Roy Davidsen (Torshavn), Sonni Raqnar Nattestad ("Horsens", Danimarka), Aleks Mellemqor (B-36 Torshavn), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka), Qunnar Vatnhamar (Vikinqur), Maqnus Eqilsson (Torshavn);
Yarımmüdafiəçilər: Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Rolantsson Sörensen ("Brann", Norveç), Rene Şaki Yensen ("Qrindavik", İslandiya), Trondur Yensen (Torshavn), Pol Yohannus Yustinussen (NSİ Runavik), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Brüne", Norveç);
Hücumçular: Finnir Yustinussen ("Nestved", Danimarka), Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya), Klemint Andrasson Olsen ("NSİ Runavik").
Farer adaları millisi Azərbaycanı oktyabrın 11-də, Kosovonu isə oktyabrın 14-də qəbul edəcək. Farer adaları D Liqasının 3-cü qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb, Azərbaycan isə 2 xalla 3-cü yerdədir.