Karikari "Neftçi"dən ayrıldı

"Neftçi” Topaz Premyer Liqasının VII turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığını davam etdirir. "Səbail”lə qarşılaşmadan (4:0) sonra hazırlığa istirahətsiz başlayan komanda "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. 

 

Məşqdə zədəli Ruslan Abışov və üzrlü səbəbdən komandanın düşərgəsindən ayrılan Kvame Karikari iştirak etməyiblər. 

 

 

Qeyd edək ki, "Neftçi” – "Sabah” oyunu oktyabrın 5-də "Bakcell Arena”da baş tutacaq.