“Qarabağ” - “Arsenal”: 48 min oldu

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la İngiltərənin “Arsenal” klubu arasındakı oyuna bilet satışı davam edir. Artıq satılan biletlərin sayı 48 mini keçib. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-di.

 

"Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də keçiriləcək və saat 20:55-də başlayacaq.

 

“Qarabağ” Avropa Liqasının ilk turunda keçirdiyi oyunda səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub.