"Neftçi"nin 8 futbolçusu Azərbaycan Premyer Liqasında VI turun rəmzi komandasına düşüb
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun rəmzi komandası müəyyənləşib.
"Rəmzi komandada "Neftçi"dən 8, "Qarabağ", "Sabah" və "Qəbələ"dən hərəyə bir futbolçu yer alıb.
"Neftçi"nin üzvlərindən Anton Krivotsyuk 4-cü, Səlahət Ağayev və Mirabdulla Abbasov 3-cü dəfə həftənin komandasına seçilib. Flaqmanın daha bir futbolçusu Tural Axundov, eləcə də "Qəbələ"dən Cavid Hüseynov və "Sumqayıt"dan Atilla Yıldırım ilk dəfə rəmzi komandada yer alıb. Digər oyunçular isə "11-liy"ə 2-ci dəfə düşüblər.
Qapıçı: Səlahət Ağayev ("Neftçi")
Müdadiəçilər: Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Kirilo Petrov, Tural Axundov (hamısı "Neftçi")
Yarımmüdafiəçilər: Baqali Dabo ("Neftçi"), Dario Frederiko (hər ikisi "Neftçi"), Cavid Hüseynov ("Qəbələ"), Miçel ("Qarabağ")
Hücumçular: Mirabdulla Abbasov ("Neftçi"), Atilla Yıldırım ("Sumqayıt")
Qeyd edək ki, rəmzi komanda “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.