Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirib

 Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyada davam edən dünya çempionatında qrup mərhələsinin son oyununu keçirib.

 Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub – 1:3 (25:22, 15:25, 25:19, 25:27).

Qeyd edək ki, hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü sıradakı mövqeyini qoruyub. Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub.