Malta yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Malta millisinin UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Rey Farruciya 24 futbolçuya – 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçuya dəvət göndərib. O, ötən ayla müqayisədə zədəli Zak Muskat, eləcə də Yoan Bessina, Danstan Vella və Rayan Fenek heyətdən kənar qalıb. Onların əvəzinə Keyn Attard və Byorn Kristensen komandaya cəlb olunub.

Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan")

Müdafiəçilər: Andrey Acus, Jozef Mbonq (hər ikisi "Hibernians"), Ferdinando Apap ("Viktoria Hotspurs"), Keyn Attard ("Birkirkara"), Stiv Borq, Rayab Kamilleri, Jozef Zerafa (hamısı "Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan"),

Yarımmüdafiəçilər: Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Fenek, Ceyk Qrek (hər ikisi "Birkirkara"), Byorn Kristensen ("Hibernians"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana")

Hücumçular: Endryu Koen ("Qzira Yunayted"), Alfred Effionq ("Baltsan"), Jan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Birkirkara"), Andre Şembri ("Apollon", Kipr)

Qeyd edək ki, Malta millisi oktyabrın 11-də evdə Kosovo, 14-də isə səfərdə Azərbaycanla qarşılaşacaq.