Avtomobil qəzasında dünyasını dəyişən futbolçuya görə oyunlarda bir dəqiqəlik sükut elan olunacaq

AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin keçirdiyi bütün turnirlərin bu həftə oynanılacaq qarşılaşmalarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq.

Bu, "Sumqayıt" klubunun U-15 komandasının futbolçusu Ayxan Qasımovun ölümü ilə bağlıdır. 

Qeyd edək ki, Ayxan Qasımov oktyabrın 2-də avtomobil qəzasında dünyasını dəyişib.