Azərbaycan yığmasının üzvləri Ümumdünya Şahmat Olimpiadasının medalına layiq görülüblər

Azərbaycan yığmasının 3 üzvü Gürcüstanın Batumi şəhərində təşkil edilən Ümumdünya Şahmat Olimpiadasında öz lövhələrində göstərdikləri nəticələrə görə medala layiq görülüblər.

Kişilərin yarışında ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medala qazanıb.

Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticəylə qızıl medal əldə edib.

Qeyd edək ki, Azərbaycanın kişi və qadın şahmatçıları Olimpiadada müvafiq olaraq, 15 və 9-cu yerləri tutublar.