Unay Emeri “Qarabağ”la oyunda üzləşdikləri çətinliklərdən danışıb
“Uzaq səfərdən qayıtmağımıza rəğmən, komandam London derbisi üçün yaxşı formada olacaq”.
Bunu İngiltərə “Arsenal”ının baş məşqçisi Unay Emeri oktyabrın 7-də “Fulhem”lə səfərdə keçirəcəkləri İngiltərə Premyer Liqasının VIII turunun oyunundan əvvəl deyib.
46 yaşlı mütəxəssis cümə axşamı Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdikləri matç barədə də danışıb. O, Bakıda çətinlik üzləşdiklərini vurğulayıb: “Sevinirəm ki, səfərdə rəqibin ciddi müqaviməti ilə üzləşdik. Onlar bizə 90 dəqiqə ərzində təzyiq etdilər və müdafiəyə diqqət etməli olduq. Oyunun gedişində topa nəzarəti itirdik. Bu, yaxşıdır. Çünki komanda bizə lazım olan vaxtda əzab çəkməyi öyrəndi. Qələbə özümüzə inanmaq və mentalitet baxımından önəmlidir. Bu, bizə çətin matçlarda qələbə qazanmağı aşılayır. Gedişatda nəzarəti əldən versək də, fərdi keyfiyyətlərimiz sayəsində özü oyunumuzu nümayiş etdirdik və lazım olan nəticəni qazandıq”.
Emeri deyib ki, cümə axşamı Avropa Liqasında, şənbə günü isə İngiltərə Premyer Liqasında oynamaq onlar üçün problem deyil. O, daha çox oyun keçirmək istədiklərini söyləyib.
Qeyd edək ki, “Fulhem” – “Arsenal” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.