Dünya çempionatı: Azərbaycan voleybol yığması İtaliyaya uduzub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb.

Rəqib İtaliya yığması olub. Osaka şəhərində təşkil olunmuş qarşılaşma İtaliyanın asan qələbəsi ilə yekunlaşıb. İlk setdə 12:25 hesabı ilə uduzan Azərbaycan millisi yalnız ikinci setdə ciddi müqavimət göstərə bilib. Nəticədə set 19:25 hesabı ilə yekunlaşıb. Üçüncü set isə daha erkən yekunlaşıb - 10:25.

Azərbaycan komandası oktyabrın 8-də Çinlə qarşılaşacaq.

Qeyd edək ki, I mərhələdə İtaliya B qrupunu 15 xalla lider kimi, Azərbaycan isə C qrupunu 6 xalla dördüncü pillədə başa vurub. Reqlamentə əsasən, 4 qrupda ilk 4 pilləni tutmuş komandalar II mərhələyə vəsiqə qazanıb. Burada isə ümumilikdə 16 komanda E və F qruplarına bölünüb. F qrupunda B və C qruplarında, E qrupunda A və D qruplarında ilk 4 yeri tutmuş yığmalar qərarlaşıblar. Azərbaycan İtaliya və Çindən əlavə, B qrupunda 3-4-cü yerləri tutmuş komandalarla - oktyabrın 10-da Türkiyə, oktyabrın 11-də Bolqarıstanla qarşılaşacaq.

Komandaların əvvəlki mərhələdə topladıqları xallar saxlanılıb. Buna əsasən, hazırda turnir cədvəlində İtaliya 18 xalla 1-ci, ABŞ 16 xalla 2-ci, Rusiya 15 xalla 3-cü, Çin 12 xalla 4-cü, Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı, Azərbaycan və Bolqarıstan hərəyə 6 xalla 7-8-ci pillədədirlər.

E və F qruplarında ilk 6 yeri tutacaq komandalar III mərhələyə yüksələcəklər.

Dünya çempionatı

II mərhələ

F qrupu

11:10. Azərbaycan - İtaliya - 0:3 (12:25, 19:25, 10:25)

Hakimlər: Anderson Kaçador (Braziliya), Suzana Mariya Rodriges Xativa (İspaniya)

Osaka (Yaponiya)