“Qalatasaray” Fatih Terimə yeni müqavilə təklif edəcək

Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Fatih Terimə yeni müqavilə təklif edəcək.

 İstanbul klubunun rəhbərliyi 65 yaşlı mütəxəssislə daha 3 il əməkdaşlıq etmək istəyir. Hazırkı sözləşmənin müddəti 2019-cu ilin mayınada başa çatır.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir.