Rusiyada Nurməhəmmədovun Makqreqoru döyməsi barədə polisə şikayət daxil olub
Rusiyanın Ufa şəhərində polisə gələn naməlum şəxs özünü irlandiyalı boksçu Konor Makqreror kimi təqdim edərək UFC çempionu Həbib Nurməhəmmədovdan onu döydüyünə dair şikayət edib.
Polisin məlumatına görə, şikayətə baxılmayacaq.
Çünki Makqreqor və Nurməhəmmədovun komanda üzvləri arasında dava Ufada deyil, Las-Veqasda olub.
"Bazar günü Ufa polisinə naməlum şəxsdən məlumat daxil olub. O döyüşçü Makqreqorun adından Nurməhəmmədovun onu döydüyünü bildirib və günahkarın tapılması istəyib. Ərizə qeydə alınıb", — deyə mənbə bildirib.