UEFA Superkuboku: “Real”, yoxsa “Sevilya”? - YENİLƏNİR
Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq. Olimpsport.az saytının məlumatına görə, kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedəcək.
XI dəfə Çempionlar Liqasının qalibi adını qazanan "Real Madrid" ardıcıl III dəfə Avropa Liqasının qalibi olan “Sevilya”nı məğlub etməyə çalışacaq. Bu matç bu rəqiblərin UEFA super kubokunda ikinci qarşılaşması olacaq. 2014-cü ildə qarşılaşan rəqiblərin duelindən "Kral klubu" 2-0 hesablı üstünlüklə ayrılmışdı.
Zinəddin Zidanın yetirmələri bu vacib oyunda zədə səbəbindən əsas ulduzu, son Avropa çempionu Kristiano Ronaldonun xidmətindən məhrum olub.
Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
UEFA Superkuboku
9 avqust
22:45. “Real” (İspaniya) – “Sevilya” (İspaniya)
Baş hakim: Milorad Majiç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Şimon Marçinyak
Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)
Tronheym (Norveç). “Lerkendal” stadionu