Millimizin oyunu canlı yayımda

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Farer adalarına qarşı keçirəcəyi səfər oyunu canlı təqdim olunacaq. Sözügedən qarşılaşmanı “CBC Sport” canlı yayımlayacaq. Matçın şərhçisi ada ölkəsinə ezam olunan Rüstəm Əfsərli olacaq. 

 

Sabah Torshavn şəhərindəki “Torsvollur” stadionunda keçiriləcək Farer adaları - Azərbaycan qarşılaşmasına Bakı vaxtilə saat 22:45-də start veriləcək.