Putin Həbib Nurməhəmmədovla görüşdü

Görüşdə idmançının atası Abdulmanap Nurməhəmmədov da iştirak edib.

Rusiya prezidenti Vladimir Putin UFC turniri üzrə yüngül çəkili çempion Həbib Nurməhəmmədovla görüşüb.

Görüş "Rusiya - idman ölkəsidir" forumundan sonra baş tutub.

Görüşdə Həbibin atası Abdulmanap Nurməhəmmədov da iştirak edib.

Putin idmançını qələbə münasibətilə təbrik edib və ona yeni uğurlar diləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov ABŞ-ın Las-Veqas şəhərində keçirilən yarışda irlandlı Konor Makqreqoru 4-cü raundda məğlub edib. Qarşılaşma bitən kimi Həbib oktaqonu tərk edərək irland azarkeşlərin üzərinə cumub və nəticədə kütləvi dava olub.

Həbib mətbuat konfransında etdiyi əməllərə görə üzr istəyib.