Sərbəst güləşçilər “Ugra Open”də yarışacaq

Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək. Ənənəvi yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 güləşçi - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

 

Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.