Rusiyalı futbolçular Pavel Mamayev və Aleksandr Kokorin həbs olunub
Moskvanın Tver məhkəməsi xuliqanlıqda şübhəli bilinən "Zenit" və "Krasnodar"ın futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev barəsində hökm çıxarıb.
Məhkəmənin qərarı ilə Kokorin və Mamayev barəsində dekabrın 8-dək təqribən iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İdmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.