"Qarabağ"ın rəqibindən yeni transfer

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” yeni transfer həyata keçirib. Olimpsport.az  klubun rəsmi saytına istinadla xəbər verir ki, İsveç təmsilçisi hücum xəttini gücləndirib.
 
Belə ki, “Valerenqa” klubunun gənc forvardı Elias Mar Omarsson qarşıdakı mövsümü “Höteborq”da keçirəcək. İsveçlilər İslandiya millisinin üzvünü birillik icarəyə götürüblər. 

Ötən ildən İslandiya yığmasına dəvət alan Elias Mar Omarsson “Valerenqa”ya keçən yay “Keflavik”dən keçib.

Qeyd edək ki, “Qarabağ” “Höteborq”la ilk oyununu avqustun 18-də səfərdə keçirəcək.