Azad Rəhimov Avropa Şurası İdman Nazirlərinin Tbilisi konfransında iştirak edəcək
Oktyabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransı keçiriləcək.
Uçgünlük toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.
Konfransın açılışında Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, Gürcüstanın baş naziri Mamuka Baxtadze, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və digər rəsmi şəxslər çıxış edəcəklər.
Toplantının əsas mövzuları idmanda insan haqlarının müdafiəsi, məsuliyyət və ümumi öhdəliklər, idmanda korrupsiyaya qarşı mübarizə və fəaliyyətin aktivləşdirilməsi olacaq.