Şahanə Nəzərova Olimpiadada bürünc medal qazanıb

 Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.

B qrupunda yer alan Şahanə Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib.

Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.

B qrupu

Şahanə Nəzərova - Elena Heloisa Martines (BRA) 11:0

Şahanə Nəzəova - Tolulop Kristina Oqunsanya (NGR) 6:0

Şahanə Nəzərova - Emili Şilson (USA) 2:12

Şahanə Nəzərova - Justin Fanni Viquro (FRA) 3:0

Bürünc medal görüşü - Şahanə Nəzərova - Enxzul Batbaatar (MGL) 7:6

Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) və gimnast Yelizaveta Luzan qızıl, həmçinin ağırlıqqaldıranı Tarmenxan Babayev gümüş (85 kq), taekvondoçu Cavad Ağayev (63 kq) isə bürünc medal qazanıb.