Türkiyə prokurorluğundan Arda Turanın həbs olunması istənilib
Türkiyənin "Başakşehir" klubunun futbolçusu Arda Turan həbs oluna bilər.
31 yaşlı yarımmüdafiəçinin gecə klublarının birində mübahisə etdiyi müğənni Berkay Şahinin vəkili prokurorluqdan onun həbs olunmasını istəyib. Turan insident zamanı Berkay Şahinin burnunu qırıb. Onun hadisədən sonra xəstəxanaya silahla getdiyi iddia olunur.
Daha öncə müğənninin həyat yoldaşı da Ardadan prokurorluğa şikayət edib.