Bakıda “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası” ilə bağlı tədbir keçirilib.
“Boulevard Hotel”də baş tutmuş mərasimə AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına təhlükəsizlik əməliyatları hazırlığı ilə əlaqədar Avropa Komissiyasının “Tamaşaçı zorakılığı” üzrə Avropa Konvensiyasının daimi komitəsinin Azərbaycanda məsləhət səfərində olan nümayəndə heyəti qatılıb.
Tədbirdə həmçinin Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi və AFFA-nın əməkdaşları iştirak ediblər.