Ramil Şeydayev Rusiyada cərimələnib

 Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Ramil Şeydayev cərimələnib.

Bu barədə Federal Məhkəmə Pristavları Xidməti məlumat yayıb. 22 yaşlı hücumçu yol hərəkəti qaydalarına riayət etmədiyi üçün onun hesabında bir ödənilməmiş cərimə var.

Şeydayevlə yanaşı, komanda yoldaşları Alan Çoçiyev və Sergey Rıjikov da cərimələnənlər siyahısında yer alıblar.

Qeyd edək ki, oktyabrın 14-də "Krılya Sovetov"un futbolçuları Yevgeni Başkirov və Georgi Tigiyev sərxoş halda avtomobil idarə etdikləri üçün saxlanılıblar.