Nurməhəmmədov Meyuezerlə Las-Veqasda döyüşməkdən imtina edib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyuezerin Las-Veqasda döyüşmək barədə təklifindən imtina edib.

Bu barədə Nurməhəmmədov öz "Instagram" səhifəsində yazıb.

"Veqas yox, onlar mənim pulumu vermək istəmirlər", - deyə 30 yaşlı rusiyalı samboçu yazıb.

Bundan əvvəl Nurməhəmmədov Meyuezeri döyüşə çağırıb, sonuncu isə buna müsbət cavab verərək döyüş yeri kimi Las-Veqası təklif edib.